Ağdam, Füzuli və Xocavənd rayonlarının məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
3–6 noyabr tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə ZəfərGününə həsr olunmuş “Zəfər sədası” adlı şeir müsabiqələri təşkil edilib.
15 yaşadək məktəblilərin iştiraketdiyi müsabiqədə Zəfər Gününə, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən sevgisinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Hər məktəbdən münsiflər heyətinin seçimi əsasında ən yaxşı ifa nümayiş etdirən bir şagird müəyyənləşdirilib.
Müsabiqənin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər tariximizin gəncnəsil arasında təbliği, həmçinin şagirdlərin bədii qiraət bacarıqlarının inkişaf etdirilməsi yönündə xüsusi əhəmiyyət daşıyıb.
Oxuməni.az
































































































