Haqqımızda

"Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb)

Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur.

Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150-180 min arası tirajla dərc olunub. Qəzetin ilk nömrəsi 150 min tirajla çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və təlabatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur.

Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla, "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur.

“Oxu məni” qəzeti yarandığı gündən söz və mətbuat azadlığının verdiyi imkanlardan doğru, düzgün və dəqiq şəkildə istifadə edib, jurnalistikanın müqəddəs ənənələrinə sadiq qalıb, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib, qəzetçilik fəaliyyətində daim yeniliklərdən istifadə etmişdir, misal olaraq müstəqillik əldə etdiyimizdən sonra respublikamızda ilk dəfə olaraq tam rəngli tərtibatda dərc edilən qəzet olmuşdur.

Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximizlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında kollektivin üzərinə böyük məsuliyyət düşmüdür. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxucularına informasiya çatdırır.

Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80-90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr. 22/43-də, köməkçi ofis isə Bakı şəhəri Səbail rayonu Həsən Seyidbəyli küçəsi 9-da yerləşir. Hal-hazırda hər iki ofis qəzetin redaksiyası kimi fəaliyyət göstərir.

Əlaqə: +99412 510 59 89; +99412 510 59 99;

+99455 771 77 99; [email protected]