Zelenski Cenevrədəki danışıqlar zamanı Ukrayna komandasına Putinlə görüş məsələsini qaldırmağı tapşırıb
Vladimir Zelenski öz komandasına Vladimir Putinlə görüş məsələsini "qaldırmağı" tapşırdığını bildirib. Oxuməni.az-ın məlumatına görə, o, bunu Cenevrədə keçirilən üçtərəfli danışıqların ilk günündən sonra “Axios”-a verdiyi müsahibədə deyib.
Zelenskinin fikrincə, Putinlə şəxsi görüş "ərazilər məsələsində irəliləyiş əldə etməyin" ən yaxşı yolu olacaq. “Axios” qeyd edir ki, Donbasın nəzarəti hələ də əsas mübahisəli məsələlərdən biri olaraq qalır.
Amerikalı danışıqçılar Ukraynanın Donbasdan qoşunlarını tamamilə çıxarmasını təklif ediblər ki, orası demilitarizasiya olunmuş "azad iqtisadi zona" olsun. Zelenski qoşunların çıxarılmasını müzakirə etməyə hazırdır, lakin Moskvadan da öz qüvvələrini eyni məsafəyə çəkməyi tələb edib.
Ukrayna prezidentinin sözlərinə görə, ikinci raund danışıqlarda Rusiya nümayəndələri Moskva ilə məsləhətləşəcəklərinə və ərazi məsələsi ilə bağlı ətraflı mövqe ilə qayıdacaqlarına söz veriblər.
Zelenski dəfələrlə Putinlə istənilən neytral yerdə şəxsi görüşə hazır olduğunu bildirib. Kreml belə bir görüşün yalnız Moskvada keçirilə biləcəyini və Zelenskinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirib. Zelenski Moskvaya səfər təklifini rədd edib. "Mən onu [Putini] Kiyevə də dəvət edə bilərəm; qoy gəlsin", - deyə o bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov cavab olaraq bildirib ki, Putin "Zelenskini heç yerə əvvəlcədən dəvət etməyib - Zelenskinin özü görüşü tələb edib və Putin ona bəli, biz hazırıq, amma yalnız Moskvada" deyib.
Almaz Həsənli



































.jpg)
.jpg)
.jpg)























.jpg)
.jpg)
.jpg)




























