Çin hökuməti kənd yerlərində işləmək üçün 7000 təqaüdçü müəllimi işə götürməyi planlaşdırır

Çin hökuməti kənd yerlərində işləmək üçün 7000 təqaüdçü müəllimi işə götürməyi planlaşdırır

15:07
Bəyəndim (2) Bəyənmədim (0)


Çin hökuməti bu il kənd yerlərində icbari təhsil məktəblərində işləmək üçün 7 min təqaüdçü müəllimi işə götürməyi planlaşdırır. Oxuməni.az-ın “Sinxua” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin birgə yaydığı məlumatda deyilir.
Bu müəllimlərin işə qəbulu proqramı hökumətin 2018-ci ildə təqaüdçü müəllimləri kənd məktəblərinə cəlb etməklə kənd yerlərində təhsilin keyfiyyətini yüksəltmək üçün başlatdığı fəaliyyət planının bir hissəsidir.
Açıqlamaya görə, proqram ilk növbədə keçmiş məktəb direktorlarını, müəllim tədqiqatçılarını və yaşı 65-dən aşağı olan aparıcı təcrübəli müəllimləri əhatə edəcək.
Plana uyğun olaraq işə götürülən mütəxəssislər yoxsulluqdan son zamanlar çıxmış ərazilərdə, habelə etnik azlıqların sıx yaşadığı az inkişaf etmiş əyalətlərdə, sərhədyanı rayonlarda və kifayət qədər təhsil resurslarının çatışmadığı digər bölgələrdə rayon və kənd məktəblərində işləyəcəklər.
Almaz Həsənli