Müəllimlərə ən böyük maaş Böyük Britaniyada verilir: Aparıcı müəllimlərin maaşı 5000 dollardır

Müəllimlərə ən böyük maaş Böyük Britaniyada verilir: Aparıcı müəllimlərin maaşı 5000 dollardır

26 Mart 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər.

Müəllim aldığı məvacibdən asılı olmayaraq peşəsini, işini, şagirdləri sevməlidir.

Dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?

Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Bu ölkədə müəllimlərin pensiya yaşı 55-dir. Onlar üçün endirim imkanları və heç bir əlavə güzəştlər nəzərdə tutulmayıb.

Fransada təcrübəçi 1100 dollar, 30 illik müəllim isə 2500 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı 60-dan yuxarıdır.

Almaniyada ümumtəhsil məktəblərində işləyən müəllimlərə orta hesabla 3,5 min avro əmək haqqı verilir. Ali məktəbdə çalışan müəllimlərə isə orta hesabla 4-4,5 min avro əmək haqqı alırlar.

Böyük Britaniyada aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur. Böyük Britaniyada müəllimlər gündəlik olaraq plan yazırlar. Hətta valideynlər üçün də gündəlik hesabatlar hazırlayırlar.

ABŞ-da müəllimlərin əmək haqqısı orta hesabla 4-5 min dollar təşkil edir.Bu ölkədə müəllimlik qadın peşəsi olaraq tanınır.

Yaponiyada müəllimlərin aylıq əmək haqqısı 2,5-500 dollar təşkil edir. Bu ölkədə müəllimlik ən nüfuzlu peşə hesab edilir. Yaponiyada pedaqoji sahədə ən azı bakalavr təhsili olan şəxslər Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək müəllim işləmək üçün lisenziya alırlar. İmtahandan uğurla keçən müəllimlər isə əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verirlər.