Rusiyada əcnəbilər üçün təhsilin pullu olması təklif edilir
Dövlət Dumasına qanun layihəsi təqdim edilib və ona görə, xarici vətəndaşlar, xüsusən də miqrant uşaqları Rusiyada yalnız ödənişli əsaslarla uşaq bağçalarına və məktəblərə gedə biləcəklər. Təşəbbüs qəbul olunarsa, qanun 2025-ci ilin yanvarında qüvvəyə minə bilər.
Qanun layihəsinin müəllifləri Dövlət Dumasının Sosial Siyasət Komitəsinin sədri Yaroslav Nilovun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasından olan bir qrup parlamentaridir.
“RİA Novosti” xəbər verir ki, Sənəddə “Rusiya Federasiyasında təhsil haqqında” Federal Qanunun 78-ci maddəsinə dəyişiklik təklif edilir ki, bu da gəlmələrin Rusiya Federasiyasında məktəbəqədər, ibtidai ümumi, əsas ümumi və orta ümumi təhsil, habelə peşə təhsilini ödənişli əsaslarla almaq hüququ olduğu göstərilir.
Qanun layihəsinin mətnində qeyd olunur ki, miqrant uşaqların sayının nəzarətsiz artması səbəbindən Rusiya məktəblərində və uşaq bağçalarında tədris yerlərinin çatışmazlığı var. Qeyd olunur ki, hazırda məktəblərdə 900 minə yaxın yer çatışmazlığı var.
Çox vaxt miqrantların uşaqları rus dilini zəif bilirlər və ya heç bilmirlər. Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, bəzən siniflərdə ruslardan daha çox əcnəbi şagirdlərin olması hər şeyi çətinləşdirir.
Təşəbbüskarlar vurğulayırlar ki, əcnəbi valideynlər istəsələr övladlarını kommersiya əsasında Rusiya təhsil müəssisələrinə yerləşdirə bilərlər.
Sentyabrın əvvəlində Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya miqrantların ailələrini ölkəyə gətirmək imkanlarını məhdudlaşdıran qanun layihəsi hazırlayır. Spikerin sözlərinə görə, “işləməyə özü gələn şəxs özü ilə ailə üzvlərini apara bilməz”.
Almaz Həsənli