Futbol üzrə Ukrayna milli komandasının 10 üzvü zəhərləndi

Futbol üzrə Ukrayna milli komandasının 10 üzvü zəhərləndi

6 İyun 2012 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Ukrayna milli komandasının 10 üzvü Türkiyə ilə yoldaşlıq matçı öncəsi zəhərlənib. "Украина-2012" İnformasiya mərkəzinin məlumatına görə, matça bir neçə saat qalmış məşqçilər heyəti oyunu təxirə salmaq barədə düşünürdü. Lakin oyun keçirildi və Türkiyənin 2:0 qələbəsi ilə bitdi. Zəhərlənmiş oyunçulardan yalnız bir neçəsi oyuna buraxılmışdı. Qalanları isə ehtiyat oyunçular skamyasında oturmuşdular. "Axşam oyun ərəfəsində futbolçular həkimlərə qaçmağa başladılar. Oyunda birdən 10 futbolçu iştirak edə bilmirdi. Oyunçular eyni ərzaqlarla qidalanmasalar da, zəhərlənmişdilər. Mənim təcrübəmdə bu, ilk dəfə müşahidə olunur", - deyə baş məşqçi Oleq Bloxin açıqlama verib.

O.M.