Azərbaycanın sərbəst güləş üzrə məşqçisi avtomobil qəzasında vəfat etdi

Azərbaycanın sərbəst güləş üzrə məşqçisi avtomobil qəzasında vəfat etdi

2 İyun 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Respublika Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü şəhər sakini Aslanov Elnur İsgəndər oğlu "VAZ-21015" markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsi ilə idarə edərkən onu hasara vurub. Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu və Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, E.Aslanov sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisidir. Aslanov az öncə Ankarada başa çatan gənclər arasında XV "Çempionlar" beynəlxalq turnirində Azərbaycanın sərbəst güləş yığmasına rəhbərlik edib. Həmin komandanın heyətində isə Orxan Şərifov (84 kq) 3-cü yeri tutub.

O.M.