Tibb Universiteti öndədir
Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Milli Olimpiya Komitəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına müvafiq olaraq ali təhsil müəssisələrinin tələbələri arasında X Respublika Universiadasına start verilib.
Universiada yarışları 3 mərhələdə keçirilir. Bu mərhələlər: ali təhsil ocaqlarında daxili yarışlar, Respublika Universiadasının final mərhələsi və ən sonda Tələbələrin Ümumdünya Universiadası olacaq.
Yarışların 3 ay (mart, aprel və may) ərzində davam edəcəyi Respublika Universiadasının proqramına 10 idman növü daxil edilib.
22 ali təhsil ocağının tələbələrinin qatılacağı Universiadanın proqramına cüdo, stolüstü tennis (kişi, qadın), şahmat ( kişi, qadın) , dama ( kişi, qadın), badminton (kişi və qadın) və basketbol (kişi və qadın) idman növləri daxildir.
Hal hazırda Universiada yarışlarında 380 xalla Tibb Universiteti 1-ci, 330 xalla Bakı Dövlət Universiteti 2-ci, 279 xalla İqtisad Universiteti 3-cü və 230 xalla İdman Akademiyası 4-cü yerdədir.
Qeyd edək ki, yarışlar may ayında sona çatacaq.
Görünür, gələcəyin tibb işçiləri insan imkanlarının maksimum həddini bildikləri üçün hətta idmançı tələbələri də geridə qoymağa müvəffəq olublar.
Elvin Babayev
O.M.