Lionel Messi “Champion for Peace of the Year” mükafatını alıb
Futbol üzrə Argentina milli yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi “Champion for Peace of the Year” mükafatını alıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “Peace and Sport” saytı məlumat yayıb.
"İlin dünya çempionu" mükafatı sülhün, ədalətin və sosial inteqrasiyanın nailiyyəti üzrə əhəmiyyətli və dayanıqlı idman təşəbbüslərinə başçılıq etmiş idmançılara verilir. Futbol meydanında dürüst oyunu ilə tanınmış və yüksək qiymətləndirilmiş Messi həmçinin meydançadan kənarda da öz sosial yardımları ilə fərqlənib.
Leo Messi öz xeyriyyəçi fondu ilə dünyanın hər yerində, xüsusən İspaniya, Argentina, Mozambik, Fələstin, Keniya, Suriya və Nepal kimi ölkələrdəki imkansız uşaqlara təhsil və sosial inteqrasiya məsələlərində yardım edir”, - “Peace and Sport” saytındakı yazıda bildirilir.
Onu da deyək ki, daha əvvəl bu mükafatın qalibləri "İnter Mayami"nin yarımmüdafiəçisi Blez Matyuidi və reqbi oyunçusu Siya Kolisi olublar.
Səttar













































.jpg)
.jpg)






.jpg)



















.jpg)
















