De Byazi və Medvedev  Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi seçdilər

De Byazi və Medvedev Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi seçdilər

12 Dekabr 2020 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, səsvermədə kişilərdən ibarət milli komandanın baş məşqçisi Canni De Byazi ilə kapitan Maksim Medvedev iştirak ediblər.

De Byazi və Medvedev eyni şəxslərə səs veriblər. Onlar Robert Levandovskini ən yaxşı futbolçu, Yurgen Kloppu ən yaxşı baş məşqçi kimi kimi fərqləndiriblər.

Qeyd edək ki, "The Best" mükafatına namizədlərin yekun "3-lüy"ünə İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi və Almaniya "Bavariya"sından Robert Levandovski düşüb.

Ən yaxşı baş məşqçi adına namizədlərin qısa siyahısında isə İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flik qalıb.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Oxuməni.az