PSJ klubunun rəhbərliyi Neymarı transferə çıxarmağa hazırlaşır

PSJ klubunun rəhbərliyi Neymarı transferə çıxarmağa hazırlaşır

11 Dekabr 2020 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

PSJ klubunun rəhbərliyi Braziliya millisinin hücumçusu Neymar ilə yollarını ayırmağa hazırdır.

Oxuməni.az xarici KİV-ə istinadla bildirir ki, Paris klubu bu transferdən minimum 100 milyon avro qazanmaq niyyətindədir.

PSJ 28 yaşlı futbolçu ilə müqavilənin uzadılması üzərində də işləyir. Neymarın PSJ ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Neymarın keçmiş klubu "Barselona" və ya İngiltərə klublarından birinə transfer edilə biləcəyi də istisna edilmir.

Oxuməni.az