Dünən yarımçıq qalan PSJ - “Başakşəhər” matçı bu gün oynanılacaq

Dünən yarımçıq qalan PSJ - “Başakşəhər” matçı bu gün oynanılacaq

9 Dekabr 2020 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Çempionlar Liqasının qrup mərhələsinin PSJ – “Başakşəhər” oyunu yarımçıq saxlanılıb.

Oxuməni.az xəbər verir ki, buna səbəb qarşılaşmanın 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadə işlətməsi olub.

UEFA-nın rumıniyalı laysmanın meydana çıxmayacağını açıqlamasına baxmayaraq, Türkiyə təmsilçisi qərarından dönməyib. Komanda artıq qaldığı otelə qayıdıb.

Amma bu gün türkiyəli futbolçular güzəştə gediblər. Onlar oyunun14-cü dəqiqəsində dayandırılan matçın hakimlər komitəsinin dəyişdirilməsi şərti ilə dekabrın 9-da meydana çıxmağa razılıq veriblər.

Oxuməni.az