UFC rəhbəri: Həbib döyüş meydanına qayıdacaq!
Məndə belə hiss var ki, Həbib Nurməhəmmədov 30-cu qələbəsi üçün geri qayıdacaq.
Oxuməni.az xəbər verir ki, bu sözləri UFC rəhbəri Dana Uayt deyib.
“O, (Həbib) 30-0 etmək istəyəcək. Onun atası 30-0 istəyirdi. Mümkündür ki, atasının arzusunu yerinə yetirmək üçün Həbib qayıda bilər”, - deyə D.Uayt bildirib.
Qeyd edək ki, Nurməhəmmədov 29-cu dəfə ardıcıl qələbə qazandıqdan sonra bir daha döyüşməyəcəyini bəyan etmişdi. O, sonuncu döyüşündə amerikalı idmançı Castin Qetci üzərində qələbə qazanmışdı.
Oxuməni.az
Digər xəbərlər