Şahmat Olimpiadasının finalında Rusiya və Hindistan komandaları qarşılaşacaqlar

Şahmat Olimpiadasının finalında Rusiya və Hindistan komandaları qarşılaşacaqlar

30 Avqust 2020 08:03
Bəyəndim (2) Bəyənmədim (0)

Ümumdünya Şahmat Olimpiadasının finalçıları müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, iki turdan sonra (2:4, 4,5:1,5) tay-brekdə Polşa komandasına qalib gələn Hindistan və ABŞ yığmasını məğlub edən (3,5:2,5, 3:3) Rusiya komandaları finalda üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.

Final oyunları bu gün keçiriləcək.

Oxuməni.az