“Mançester Yunayted”dən Ansu Fatiyə 200 milyon dollarlıq təklif

“Mançester Yunayted”dən Ansu Fatiyə 200 milyon dollarlıq təklif

25 Avqust 2020 15:32
Bəyəndim (2) Bəyənmədim (0)

İngiltərənin “Mançester Yunayted” futbol klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Ansu Fatini transfer etməkdə israrlıdır.

İspaniya mətbuatı xəbər verir ki, Premyer Liqa təmsilçisinin 17 yaşlı hücumçu üçün 200 milyon dollar təklif etməyə hazır olduğu bildirilir.

Mançester klubu bundan əvvəl İspaniya millisinin üzvü üçün təkliflər göndərsə də, Kataloniya təmsilçisindən müsbət cavab almayıb.

Qeyd edək ki, A.Fati 2019-2020-ci il mövsümündə “Barselona”nın heyətində keçirdiyi 33 matçda 8 qol vurub.

Oxuməni.az