Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirirlər

Cüdoçularımız Avropa çempionatına hazırlığı davam etdirirlər

21 Avqust 2020 16:04
Bəyəndim (1) Bəyənmədim (0)

Noyabrda Praqada keçiriləcək Avropa çempionatında cüdoçularımız da iştirak edəcəklər. Qitə çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıdığına görə, cüdoçularımız üçün çox önəmlidir. Yığma komandamız bu mötəbər yarışa hazırlığını davam etdirir. Məşqlər, hələlik açıq havada keçirilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

E.Babanlı Avropa çempionatında iştirak edəcək komandanın heyətinin müəyyənləşdiriləcəyini bildirib. O deyib ki, milli komandanın qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşması üçün Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası tərəfindən lazımi şərait yaradılır.

Oxuməni.az