Messi Kumana "Barselona"nı tərk etmək istədiyini bildirib

Messi Kumana "Barselona"nı tərk etmək istədiyini bildirib

21 Avqust 2020 10:05
Bəyəndim (1) Bəyənmədim (0)

"Barselona" nın hücumçusu Lionel Messi Katalan klubunun yeni baş məşqçisi Ronald Kumanla söhbətində komandanı tərk etmək istədiyini deyib.

Oxuməni.az-ın RAC1 radiostansiyasına istinadən verdiyi xəbərə görə, Messi gələcəyini "Barselona"da görmədiyini Kumana bəyan edib.

Mənbənin məlumatına görə, 33 yaşlı hücumçu məşqçiyə bildirib ki, gələcəkdə "Barselona"da özünü görmür. Argentinalı komandanın Çempionlar Liqasının dörddəbir finalında "Bavariya"ya (2:8) uduzmasından, həmçinin klubda baş verənlərdən narazıdır. Bununla yanaşı, Messi anlayır ki, müqavilə öhdəliklərini nəzərə alaraq, "Barselona"dan ayrılmaq asan olmayacaq. Futbolçu ilə müqavilə 2021-ci ilin yayında başa çatacaq.

Oxuməni.az