UEFA yarımfinal matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib

UEFA yarımfinal matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib

20 Avqust 2020 09:19
Bəyəndim (1) Bəyənmədim (0)

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Oxuməni.az-ın məlumatına görə, UEFA yarımfinal matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Neymar, Anxel Di Mariya (hər ikisi PSJ), Serj Qnabri və Robert Levandovskidir (hər ikisi "Bavariya"). Adıçəkilən futbolçuların komandası finala vəsiqə qazanıb və həlledici qarşılaşmada üz-üzə gələcək.

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.

Oxuməni.az