"Bavariya"  "Barselona"nı biabır etdi: 8:2 hesablı darmadağın

"Bavariya" "Barselona"nı biabır etdi: 8:2 hesablı darmadağın

15 Avqust 2020 09:44
Bəyəndim (1) Bəyənmədim (0)

Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Mərhələnin ən böyük maraq doğuran qarşılaşmasında "Barselona" ilə "Bavariya" üz-üzə gəlib. Erkən finalda gərgin mübarizə gözlənilsə də, Bundesliqa çempionu rəqibini topa tutub. Turnirin əsas favoriti sayılan Münhen təmsilçisi katalonların 2 topuna 8 qolla cavab verib.

"Barselona"nı tarixi hesabla darmadağın edən "Bavariya" adını yarımfinala yazdırıb. Hans-Diter Flikin yetirmələri final yolunda avqustun 15-də keçiriləcək "Mançester Siti" - "Lion" oyununun qalibi ilə görüşəcək.

Çempionlar Liqası
1/4 final
14 avqust
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:8
Alaba, 7 (avtoqol), Suares, 57 - Müller, 4, 31, Perişiç, 22, Qnabri, 28, Kimmix, 63, Levandovski, 82, Koutinyo, 85, 89
Baş hakim: Damir Skomina (Sloveniya)
Lissabon. "Da Luş" stadionu

Oxuməni.az