Runi pərəstişkarının qolunu qırdı

Runi pərəstişkarının qolunu qırdı

23 Mart 2012 11:49
Bəyəndim (0) Bəyənmədim (0)
Futbolçu avtoqrafı ilə şəxsi maykasını və oynatdığı topu pərəstişkarına göndərib

"Mançester Yunayted" komandasının aparıcı bombardiri Ueyn Runi bir müddət əvvəl məşq zamanı təsadüfən 9 yaşlı pərəstişkarının qolunu qırıb. Futbolçu bu gün Twitter səhifəsində zərərçəkmiş Ceymi Tomasdan üzr istədiyi barədə məlumat yerləşdirib. Qeyd edək ki, Runi məşq zamanı qapıya zərbə vurarkən top azarkeşlərin tribunasına doğru uçub. Bu zaman 9 yaşlı uşaq özünü zərbədən qorumaq istəyərkən qolu çatlayaraq biləyindən çıxıb. Məhz buna görə də futbolçu avtoqrafı ilə şəxsi maykasını və oynatdığı topu pərəstişkarına göndərib. Zərərçəkmiş onun hədiyyələrini sevinclə qəbul edərək, indən belə də sevimli oyunçusunun məşqlərinə gedəcəyini bildirib.

Xatırladaq ki, Ueyn Runi bu il İngiltərə çempionatında ən çox qol vuran ikinci oyunçudur. O, 20 dəfə rəqib komandanı mərkəzə dəvət edə bilib. Bu göstəriciyə görə onu 26 qolla Robin van Persi üstələyir.

Qırmızı şeytanda şeytan tükü var...

Aqil Hüseynov

O.M.