"Qəbələ" futbol komandası 2000 manat cərimə olundu

"Qəbələ" futbol komandası 2000 manat cərimə olundu

13 Mart 2012 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer Liqanın ötən turunda qırmızı vərəqə alan 3 futbolçunun cəzaları məlum olub. "Simurq" - "Kəpəz" oyununda bir-birinə qarşı kobud oyuna görə qırmızı vərəqə alan Ceyhun Sultanovla Vasiliy Yanotovski hərəyə 2 oyunluq cəza alıb, 2000 manat cərimə olunublar. "İnter"in futbolçusu Asif Məmmədov "Bakı" ilə səfər görüşündə 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib.

"Qarabağ"ın məşqçisi Elçin Rəhmanov "Xəzər Lənkəran"la ev matçında "texniki zona" qaydalarını pozduğundan 1 oyunluq cəzaya və 1000 manat cəriməyə məruz qalıb. "Qəbələ" - "Neftçi" matçında azarkeşlər meydana kənar əşyalar atdığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.

O.M.