Türkiyə, Fransa və Portuqaliyadan qələbə, İngiltərədən darmadağın

Türkiyə, Fransa və Portuqaliyadan qələbə, İngiltərədən darmadağın

8 Sentyabr 2019 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avro-2020-nin seçmə mərhələsində V tura yekun vurulub.

Sportnet.az-ın məlumatına görə, son oyun günündə 3 qrupda 7 qarşılaşma keçirilib. Türkiyə H qrupunda Andorra ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib

A qrupunun liderlərindən İngiltərə Bolqarıstanı darmadağın edib - 4:0.

B qrupunda Portuqaliya səfərdə Serbiyanı məğlub edib - 4:2.

V tur

A qrupu

17:00. Kosovo - Çexiya - 2:1
Qollar: Şik, 16 (0:1), Muriqi, 20 (1:1), Voyvoda, 66 (2:1)

20:00. İngiltərə - Bolqarıstan - 4:0
Qollar: Harri Keyn, 24, 50-pen, 73-pen, Rahim Sterlinq, 55

B qrupu
20:00. Litva - Ukrayna - 0:3
Qollar: Aleksandr Zinçenko, 7, Marlos, 27, Ruslan Malinovski, 62

22:45. Serbiya - Portuqaliya - 2:4
Qollar: Uilyam Karvalyu, 42 (0:1), Quedes, 58 (0:2), Milenkoviç, 68 (1:2), Ronaldo, 80 (1:3), Mitroviç, 85 (2:3), Silva, 86 (2:4)

H qrupu

20:00. İslandiya - Moldova - 3:0
Qollar: Kolbeyn Siqtorsson, 31, Birkir Byarnason, 55, Yon Dadi Bodvarsson, 77

22:45. Fransa - Albaniya - 4:1
Qollar: Kinqsli Koman, 8 (1:0), Olivye Jiru, 27 (2:0), Koman, 68 (3:0), İkone, 85 (4:0), Çikaleşşi, 90-pen (4:1)

22:45. Türkiyə - Andorra - 1:0
Qol: Ozan Tufan, 89