
Futbol üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
21 yaşadək futbolçular arasında 2 ildən bir təşkil olunan çempionatın ev sahibliyinə iddiaçıların siyahısı açıqlanıb. Bunlar arasında Azərbaycanla yanaşı, Avstriya, Portuqaliya, Rusiya, Çexiya, Uels, Macarıstan və Yunanıstan yer alıb.
UEFA 3 il sonrakı qitə birinciliyinin ev sahibliyi ilə qərarını
gələn ay verəcək. Martın 20-21-də UEFA-nın Türkiyənin İstanbul şəhərində
keçiriləcək XXXVI növbəti Konqresi çərçivəsində baş tutacaq İcraiyyə Komitəsinin
yığıncağında son qərar çıxarılacaq.
Bu yarışadək isə ölkəmiz futbol üzrə digər mötəbər
turnirin final mərhələsinə ev sahibliyi edəcək. Belə ki, bu il sentyabrı 22-dən
oktyabrın 13-dək Bakı və Lənkəranda 17 yaşadək qızlar arasında dünya çempionatı
təşkil olunacaq.
Qeyd edək ki, Avropa çempionatının 2013-cü ildəki final mərhələsi
İsraildə baş tutacaq.
O.M.