UEFA Tbilisi "Dinamo"sunu azarkeşlərinin irqçi davranışlarına görə cəzalandırıb

UEFA Tbilisi "Dinamo"sunu azarkeşlərinin irqçi davranışlarına görə cəzalandırıb

9 Avqust 2019 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək.

Bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşü zamanı "Dinamo" azarkeşlərinin irqçi davranışları göstərilib. Qonşu ölkə klubuna 50 min avro cərimə də kəsilib.

Bundan başqa, "Feyenoord"la oyun zamanı Boris Payçadze adına "Dinamo" stadionunda #EqualGame banneri asılmalıdır.

Qeyd edək ki, evdə "Qəbələ"ni 3:0 hesabı ilə yenən "Dinamo" səfərdə "Feyenoord"a uduzub - 0:4.