“Boka Xuniors” “Qarabağ”ın təklifini geri çevirib

“Boka Xuniors” “Qarabağ”ın təklifini geri çevirib

8 Avqust 2019 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Markos Diası transfer etmək istəyən “Qarabağ”ın təklifini geri çevirib.

“Report” “Grupo La Provincia” portalına istinadən xəbər verir ki, Buenos-Ayres təmsilçisi 33 yaşlı argentinalı qapıçını heyətdə saxlamağa üstünlük verib. Bu ilin yanvarında “Boka Xuniors”la 1,5 illik müqavilə bağlayan Dias əsas heyətə düşməkdə çətinlik çəkir.

Qeyd edək ki, hazırda “Qarabağ”ın əsas qapıçısı braziliyalı Vaqner da Silvadır. İkinci qapıçısı isə Şahrudin Məhəmmədəliyevdir.