Azərbaycan yığması dünya çempionatında ikinci olub

Azərbaycan yığması dünya çempionatında ikinci olub

5 Avqust 2019 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında ikinci yeri tutub.

AZƏRTAC Sofiyaya yollanan səkkiz güləşçidən beşi fəxri kürsüyə qalxıb. Belə ki, Nihad Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, ikisi qızıl, ikisi gümüş və biri bürünc olmaqla beş medala sahib olan güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya çempionatını ikinci sırada başa vurub.

İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü pillədə qərarlaşıb.