"Qarabağ" səfərdə "Dundalk"la qarşılaşacaq

"Qarabağ" səfərdə "Dundalk"la qarşılaşacaq

24 İyul 2019 08:28
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Oxumıni.az-ın verdiyi xəbərə görə, ilk oyun günündə 5 görüş baş tutub. Qaradağın "Sutyeska" komandası öz meydanında Kiprin APOEL komandasına 0:2 hesabı ilə məğlub olub. Digər oyunda PSV evdə çətinliklə də olsa "Bazel"i 3:2 hesabı ilə məğlub edə bilib. Bu gün Çempionlar Liqasənda daha 7 oyunun keçiriləcəyi gözlənilir. Bu turda "Qarabağ" səfərdə İrlandiya çempionu "Dundalk"ın qonağı olacaq.

23 iyul

ÇL-in 2-ci təsnifat mərhələsi, ilk oyunlar

”Viktoriya” (Çexiya) – “Olimpiakos” (Yunanıstan) - 0:0

”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: M. Orsiç, 67 (0:1), B. Petkoviç, 78-pen (0:2)

PSV (Holllandiya) – “Bazel” (İsveçrə) - 3:2
Qollar: Bruma, 14 (1:0), A. Ayeti, 45+1 (1:1), O. Alderete, 79 (1:2), S. Lammers, 89 (2:2), D. Malen, 90+2 (3:2)

TNS (Uels) – “Kopenhagen” (Danimarka) - 0:2
Qollar: P. Sotiriu, 18 (0:1), R. Skov, 61-penalti (0:2)

“Sutyeska” (Monteneqro) – APOEL (Kipr) - 0:1
Qol: T. De Vinsenti, 42-penalti

24 iyul

BATE (Belarus) – “Rusenborq” (Norveç)

“CFR Kluj” (Rumıniya) – “Makkabi” (Təl Əviv,İsrail)

“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta)

“Maribor” (Sloveniya) – AİK (İsveç)

“Seltik” (Şotlandiya) – “Kalju” (Estoniya)

“Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya)