UEFA "Fənərbaxça"ya sanksiyalar tətbiq edib
UEFA "Fənərbaxça"ya sanksiyalar tətbiq edib.
Buna səbəb İstanbul klubunun 2016-cı ildə imzaladığı maliyyə feyr-pley qaydalarını pozması olub.
"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək.
Bundan başqa, İstanbul təmsilçisi 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.
"Fənərbaxça", həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək.
UEFA maliyyə feyr-pley qaydasını pozduğuna görə klubu avrokuboklardan kənarlaşdırmayıb.
Digər xəbərlər


































.jpg)














































.jpg)
.jpg)








