Türkiyə millisinin üzvü rəsmən "Yuventus"da

Türkiyə millisinin üzvü rəsmən "Yuventus"da

6 İyul 2019 19:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Yuventus" Türkiyə millisinin üzvü Merih Demiralı heyətinə qəbul edib.

21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Turin təmsilçisi türk oyunçunun müqavilə ilə məxsus olduğu "Sassuolo"ya 18 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, M.Demiral ötən mövsümün qış fasiləsində "Alanyaspor"dan İtaliya klubuna keçmişdi. Azadinform