Amerika kubokunun finalında Braziliya və Peru görüşəcək

Amerika kubokunun finalında Braziliya və Peru görüşəcək

4 İyul 2019 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 4-də Amerika kubokunun ikinci finalçısı müəyyənləşib.

Braziliyada keçirilən turnirdə yarımfinal mərhələsində Peru və Çili yığmaları qarşılaşıb.

Oyun 3:0 hesabı ilə Peru yığmasının qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 21-ci dəqiqədə Flores açıb. Matçda 2-ci qolu 38-ci dəqiqədə Yotum vurub. Perunun hücumçusu Gerreronun 90-ci dəqiqədə vurduğu qolla oyun başa çatıb.

Beləliklə, finala vəsiqə qazanan Peru yığması qızıl medal uğrunda görüşdə Braziliya ilə qarşılaşacaq.

Xatırladaq ki iyunun 3-də keçirilən ilk final oyununda iki əzəli rəqib Braziliya və Argentina yığmaları üz-üzə gəlib. Görüş Braziliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol matçın 19-cu dəqiqəsində vurulub. Qabriel Jesuz Roberto Firminonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Görüşün 71-ci dəqiqəsində braziliyalılar fərqi iki topa çatdırıblar. Roberto Firmino adını tabloya yazdırıb.