"Verder"in hücumçusu "Fənərbaxça"da

"Verder"in hücumçusu "Fənərbaxça"da

29 İyun 2019 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Fənərbaxça" "Verder"in futbolçusu Maks Kruzeni transfer edib.

31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniyalı oyunçunun müqaviləsi Bundesliqa təmsilçisi ilə iyunun 30-u başa çatacağı üçün o, azad agent kimi İstanbul klubuna keçib.

Qeyd edək ki, Kruze ötən mövsüm Bundesliqada 32 matçda 11 qol vurub, 9 qolun ötürməsini verib.( qol.az)