"Qarabağ" yeni transferini rəsmən açıqladı-Video

"Qarabağ" yeni transferini rəsmən açıqladı-Video

24 İyun 2019 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" yeni transferini rəsmən açıqlayıb.

Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə rəsmi "Tvitter" və "Feysbuk" səhifəsində video yayımlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

O, yeni klubunda 9 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun son klubu İspaniya Sequnda təmsilçisi "Kordoba" olub.