Bakıda qələbəni Bottaş qazandı

Bakıda qələbəni Bottaş qazandı

29 Aprel 2019 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən Formula1 yarışlarında qələbəni Valtteri Bottas qazanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yarış başlayandan sonra irəli atılan Bottaş komanda yoldaşı Hamiltonla birincilik uğrunda gərgin mübarizə aparmalı olub. Finlandiyalı pilot sona kimi uğurla mübarizə apararaq birinci yeri özü üçün təmin edə bilib. Beləliklə Bottaş cari mövsümdə ikinci, karyerasında beşinci qələbəsini əldə edib. Hamilton yarışı ikinci, Fettel isə üçüncü yerdə başa vurub.