Formula1 pilotları avtoqraf veriblər

Formula1 pilotları avtoqraf veriblər

26 Aprel 2019 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində yarışda iştirak edən pilotlar azarkeşlərlə görüşüblər

Mediainfo.az-ın verdiyi xəbərə görə, onlar azarkeşlərə verilən avtoqraf sessiyasında iştirak ediblər.

Dənizkənarı Milli Parkdakı fan-zonada təşkil olunan ilk sessiyada "Red bull Racing", "Ferrai" və "Renault" komandalarının pilotları azarkeşlərli maraqlandıran suallalra cavab verərək onlara avtoqraf veriblər.

Onu da deyək ki, aprelin 27-də və 28-də pilotlar azarkeşlərlə görüşərək onlara avtoqraf verəcəklər. Bu müstəvidə də sabah "Racing Point", "Alfa Romeo" və "Mercedes", ertəsi günü isə "Williams", "McLaren", "Haas" və "Toro Rosso" komandalarının pilotlarının avtoqraf sessiyalarında iştirak edəcəkləri gözlənilir.