"Liverpul" çempionluq uğrunda mübarizəni davam etdirir

"Liverpul" çempionluq uğrunda mübarizəni davam etdirir

22 Aprel 2019 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyununda çempionluğa iki əsas namizəddən biri "Liverpul" səfərdə "Kardiff Siti" ilə qarşılaşıb. Mediainfo.az-ın verdiyi xəbərə görə görüşdə qonaqlar daha yaxşı oyun nümayiş etdiriblər. Oyunubn 56-cı dəqiqəsində "Liverpul" Veynaldumun vurduğu qolla hesabı açıb. 81-ci dəqiqədə isə Salaha qarşı kobudluğa görə hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Qonaqların oyunçusu Milner 11 metrlik cərimə zərbəsi ilə hesabə 2:0 çatdırıb.

Londonun "Arsenal" komandası isə doğma divarlar arxasında "Kristal Pelas"la 2:3 hesabı ilə məğlub olub.

"Kardiff Siti" - "Liverpul" - 0:2
Qollar: C. Veynaldum, 56 (0:1), C. Milner, 81-penalti (0:2)

"Arsenal" - "Kristal Pelas" - 2:3
Qollar: K. Benteke, 17 (0:1), M. Özil, 47 (1:1), V. Zaha, 61 (1:2), C. Makartur, 69 (1:3), P. E. Obameyanq, 77 (2:3)

Səda