“Barselona” De Liqtə görə “Ayaks”-a pul və 3-4 oyunçu təklif edir

“Barselona” De Liqtə görə “Ayaks”-a pul və 3-4 oyunçu təklif edir

28 Mart 2019 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona" Hollandiyanın "Ayaks" futbol klubunun 19 yaşlı müdafiəçisi Matteys De Liqtin transferi üçün nəinki pul, həm də 3-4 oyunçu verməyə hazırdır.

Mediainfo.az-ın Catalunya Radio-ya istinadən verdiyi xəbərə görə, De Liqtin transferi baş tutacağı təqdirdə barselonalılar "Ayaks"-a müdafiəçi Xuan Mirandanı, yarımmüdafiəçi Oriol Busketsi, Riki Puçu, həmçinin müdafiəçi Jan Kler Todibonu təklif edirlər. Bununla belə hələlik "Ayaks"la "Barselona" arasında De Liqtin transferi barədə tam razılıq əldə edilməyib.