"Barselona" "Betis"i darmadağın edib
İspaniya La Liqasının növbəti turunda "Barselona" səfərdə "Betis"lə görüşüb. La Liqanın lideri bu oyunda özünü heç də qonaq kimi aparmayıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, oyuna sürətlə başlayan qonaqlar 18-ci dəqiqədə Messinin vurduğu qolla hesabı açıblar. Birinci hissənin başa çatmasına saniyələr qalmış Messi ikinci topu "Betis"in qapısından keçirib. İkinci hissədə də üstünlüyü qoruyub saxlayan "Barselona"rəqibinə göz açmağa imkan verməyib. Oyunun 63-cü dəqiqəsində Luis Suares 3-cü topu meydan sahiblərinin qapısından keçirərək darmadağının əsasını qoyub. 82-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Moran hesab arasındakı fərqi azaltsa da, 85-ci dəqiqədə Messi xettrikə imza ataraq komandasına 4:1 hesabı ilə qələbə qazandırıb. Qeyd edək ki hazırda 66 xalla liderliyini davam etdirən "Barselona" ikinci yerdə gedən "Atletiko" Madridi 10, üçüncü yerdə gedən "Real" Madridi isə 12 xal özündən geridə qoyub
"Betis" - "Barselona" - 1:4
Qollar: L. Messi, 18, (0:1), 45 (0:2), 85 (1:4), L. Suares, 63 (0:3), L. Moron, 82 (1:3)


















.jpg)




































.jpg)


































