"Slaviya" sensasiyaya imza atdı

"Slaviya" sensasiyaya imza atdı

15 Mart 2019 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasında 1/8 final mərhələsinin son oyunları keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ən gözlənilməz və sensasiyalı nəticə "Slaviya"-"Sevilya" oyunuda qeydə alınıb Bu iki komanda arasında keçirilən görüşdə favorit "Sevilya" olsa da, "Slaviya" bütün proqnozları alt-üst edə bilib. İlk görüşdə rəqib meydanında güclü "Sevilya" ilə 2:2 hesabı ilə bərabərə qalan "Slaviya" təkrar oyunda 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Londonun "Çelsi" futbol klubu isə Kiyevdə "Dinamo"nun qapısından 5 cavab sız top keçirərək növbəti mərhələyə vəsiqə qazanıb."Arsenal" isə evdə Renn-ə 3:0 hesabı ilə qalib gələrək liqada yolunu davam etdirib. Rusiya klublarından "Zenit" və "Krasnodar" isə liqada çıxışlarını dayandırmağa məcbur olublar.

İlk oyunda səfərdə "Ayntraxt"la qolsuz heç-heçə edən "İnter" doğma meydanda 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Avropa Liqası, 1/8 final mərhələsinin cavab oyunları

"Arsenal" (İngiltərə) - "Renn" (Fransa) - 3:0
Qollar: Obameyanq, 5, 72, Nayls, 15
İlk oyun - 1:3

"Benfika" (Portuqaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

Qollar: Yonas, 71, Ferreyra, 94, Qrimaldo, 105
İlk oyun - 0:1

"İnter" (İtaliya) - "Ayntraxt" (Almaniya) - 0:1
Qol: Joviç, 6
İlk oyun - 0:0

"Slaviya" (Çexiya) - "Sevilya" (İspaniya) - 4:3
Qollar: Nqadjui, 14 (1:0), Ben Yedder, 44-pen (1:1), Souçek, 47 (2:1), El Haddadi, 54 (2:2), Franko Vaskes, 98 (2:3), Buren, 102 (3:3), Traore, 120 (4:3)
İlk oyun - 2:2

"Vilyarreal" (İspaniya) - "Zenit" (Rusiya) - 2:1
Qollar: Moreno, 29 (1:0), Bakka,47 (2:0), İvanoviç, 90 (2:1)
İlk oyun - 3:1

"Dinamo" (Kiyev, Ukrayna) - "Çelsi" (İngiltərə) - 0:5

Qollar: O.Jiru, 5, 33, M.Alonso, 45+1, O.Jiru, 59, Hudson-Odoy, 78
İlk oyun - 0:3

"Krasnodar" (Rusiya) - "Valensiya" (İspaniya) - 1:1
Qol: M.Süleymanov, 85 (1:0), Q.Quedes, 90+3 (1:1)
İlk oyun - 1:2

"Zalsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 3:1
Qollar: A.Milik, 14 (0:1), M.Dabbur, 25 (1:1), F.Qulbrandsen, 65 (2:1), K.Leytgeb, 90+2 (3:1)
İlk oyun - 0:3