Zinəddin Zidan Marselonu “Real”dan buraxmayacaq
Yenidən Madridin "Real" komandasının baş məşqçisi təyin edilən Zinəddin Zidan Marselonun satılmasının əleyhinə çıxıb.
Mediainfo.az-ın A Bola nəşrinə istinadən verdiyi xəbərə görə, Zinəddin Zidan "Real" rəhbərliyinə Marselonun satılmaması xahişi ilə müraciət edib. Nəşrin yazdığına görə, yaxın günlərdə Zidan Marselo ilə görüşərək onun komandada qalması məsələsini müzakirə edəcək.
Xatırladaq ki, Zidanın yenidən baş məşqçi təyin edilməsindən sonra Marselo mətbuata açıqlama verərək "Real"ı tərk etmək fikrindən daşındığını söyləyib.
Digər xəbərlər


















.jpg)




































.jpg)


































