
Türkiyənin "Samsunspor" klubu "Karabükspor"lə səfər matçından qayıdarkən komandanın avtobusu qatarla toqquşdu
Türkiyənin "Samsunspor" klubu "Karabükspor"lə səfər matçından qayıdarkən komandanın avtobusu qatarla toqquşub. Rəqib meydanında 1:2 hesabı ilə məğlub dönən samsunlular faciənin 1 addımlığında olublar. Lakin xoşbəxtlikdən "Samsunspor" qəzanı itkisiz arxada qoyub. Yalnız 2 futbolçu xəsarət alıb. Hakan Arslanın dodağı partlayıb, Sərdar Özkan ayağından yaralanıb.
Qeyd edək ki, "Samsunspor" 1989-cu ildə də oxşar hadisə ilə üzləşmişdi. Lakin həmin vaxt Malatyadan qayıdarkən yaşanan faciədə 3 futbolçu ölmüş, baş məşqçi daxil olmaqla xeyli sayda üzvü yaralanmışdı.
O.M.
Digər xəbərlər