"Yuventus" "Atletiko"nu, "Mançester Siti" "Şalke"ni qəbul edəcək
Bu gecə Çempionlar Liqasında 1/4 final oyunları çərçivəsində daha iki matç keçiriləcək.
Mediainfo.az-ın verdiyi xəbərə görə, ilk oyunda səfərdə "Atletiko" Madridə 0:2 hesabı iləməğlub olan "Yuventus" öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa cəhd edəcək. Turin komandasının oyunun ilk dəqiqələrindən hücum futbolu nümayiş etdirəcəyi gözlənilir. Tanınmış futbol ekspertlərinin əksəriyyətinin fikrincə, "Yuventus" bu oyunda "Atletiko"ya qalib gəlsə belə, bu, onun növbəti mərhələyə çıxması üçün yetərli olmaya bilər.
Turun digər oyununda "Mançester Siti" isə "Şalke"ni qəbul edəcək. İlk oyunda rəqib meydanında "Şalke"yə 3:2 hesabı ilə qalib gələn "Mançester Siti"nin növbəti mərhələyə adlamaq şansları daha yüksək hesab edilir.
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
12 mart
00:00. "Yuventus" – "Atletiko"
İlk oyun - 0:2
00:00. "Mançester Siti" – "Şalke"
İlk oyun - 3:2


















.jpg)




































.jpg)


































