Kərim Benzema: “Ümid edirəm ki, Soları mövsümün sonuna kimi bizdən ayrılmayacaq”
Madridin "Real" futbol klubunun Əlcəzair əsilli fransalı hücumçusu Kərim Benzema komandasının La Liqanın 27-ci turunda "Valyadolid" üzərində səfərdə 4:1 hesabı ilə qazanılan qələbəsini yüksək qiymətləndirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Benzema İspaniyanın tanınmış Marca nəşrinə verdiyi müsahibəsində qələbədə baş məşqçi Solari də daxil olmaqla bütün komandanın payı olduğunu vurğulayıb: "Biz hazırda çətin və mürəkkkəb bir dövr yaşayırıq. Amma belə hallar bütün komandalarda olur. Hazırki komandamız çox qətiyyətli oyun nümayiş etdirir. Ona görə də ümid edirəm ki, Solari mövsümün sonuna kimi bizdən ayrılmayacaq. Zənnimcə indiki vəziyyətdə baş məşqçini dəyişməyə ehtiyac da yoxdur. Çünki mövsümün sonuna cəmisi 11 tur qalıb. Biz hələ onun rəhbərliyi altında daha çox qələbələr qazanacağımıza inanırıq".

























.jpg)




































.jpg)




























