Şeydayevdən Rusiya Premyer Liqasında 2-ci qol

Şeydayevdən Rusiya Premyer Liqasında 2-ci qol

9 Mart 2019 18:06
Bəyəndim (0) Bəyənmədim (0)

Milli komandamızln üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında 2-ci qolunu vurub.

"Krılya Sovetov"un üzvü 19-cu turun açılış oyununda "Yenisey"in qapısına yol tapıb. Matça ehtiyatda başlayan 22 yaşlı forvard 80-ci dəqiqədə meydana daxil olub. Ramil cəmi 1 dəqiqə sonra fərqlənərək, görüşdə yekun hesabı müəyyənləşdirib - 4:0.


Bu qələbədən sonra xallarının sayını 21-ə yüksəldən Samara təmilçisi 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şeydayev Premyer Liqadakı ilk qolunu ötən tur Moskva "Lokomotiv"inin qapısından keçirmişdi. Qol.az