Yurgen Klopp: Çempion olmaq üçün sona kimi mübarizə aparacağıq

Yurgen Klopp: Çempion olmaq üçün sona kimi mübarizə aparacağıq

5 Mart 2019 13:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul" futbol klubunun baş məşqçisi Yurgen Klopp mövsümün hələ başa çatmadığını və çempionluq uğrunda sona kimi mübarizə aparacaqlarını bildirib.

Mediainfo.az-ın Foootbal.kuliçki-yə istinadən verdiyi xəbərə görə, Klopp komandasının oyunundan məmnun olduğunu xüsusi qeyd edib: " Biz ən ağır oyunlarda belə qol vəziyyətləri yarada bilirik və stabil oyun nümayiş etdiririk. "Everton"la oyun istisna olamqla əksər hallarda qol vəziyyətlərindən istifadə edə bilmişik. Son oyundan sonra biz liderliyi əldən verdik. Lakin mövsüm hələ başa çatmayıb və biz sona kimi çempionluq uğrunda mübarizəni davam etdirəcəyik".