"Qalatasaray" çempionluq şansını şübhə altına saldı
Türkiyə Superliqasında 24-cü turunun növbəti oyununda "Qalatasaray" xal itirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Ərzurumda yerli "Ərzurumspor"la görüşən "Qalatasaray" rəqibini təslim edə bilməyib. Nəticədə oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da İstanbul təmsilçisi vacib 2 xal itirərək çempionluq şansını şübhə altına salıb.
Superliqanın lideri "Başakşəhər" isə səfərdə sevinib. Qonaqlar meydan sahibləri olan "Malatyaspor"un qapısından 2 cavabsız top keçiriblər. Bununla da "Başakşəhər" çempionluğa doğru daha bir addım atıb.
Turun digər oyunları belə nəticələnib:
"Konyaspor" - "Göztəpə" - 1:1
Qollar: P. Filipoviç, 18 (1:0), Y. Öztəkin, 54 (1:1)
"Malatyaspor" - "Başakşəhər" - 0:2
Qollar: Ə. Belözoğlu, 44-pen (1:0), E. Viska, 57 (2:0)
"Ərzurumspor" - "Qalatasaray" - 1:1
Qollar: R. Məhəmməd, 18 (1:0), Y. Belhanda, 52 (1:1)
4 mart (bazarertəsi)
"Akhisar" - "Alanyaspor"
"Kasımpaşa" - "Trabzonspor"

























.jpg)




































.jpg)




























