Erməni bayrağı yandırıldı - Təbriz stadionundan yeni video

Erməni bayrağı yandırıldı - Təbriz stadionundan yeni video

2 Mart 2019 07:33
Bəyəndim (0) Bəyənmədim (0)

İran çempionatında bu gün keçirilən "Traktor Sazi"- "Sepahan" matçında (2:0) on minlərlə Azərbaycan türkü "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirib.

Qol.az-ın məlumatına görə, onlardan bir qrupu hətta, Ermənistanın bayrağını yandırıblar.

İranda yaşayan azərbaycanlılar Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı "Qarabağ Ermənistanındır" şüarının qaldırılmasına narazılıqlarını bildirmək üçün bu addımı atıblar.