"Fenerbahçe"nin ilk bombası
"Trabzonspor" rəhbərliyi sezon sonu müqaviləsi bitəcək olan Selçuk İnanla masaya oturdu. Ondan komandada qalması üçün bir rəqəm istənildi. ""Fenerbahçe" mənə 2.5 milyon avro təklif edib. Bu pulu ödəsəniz, qalaram", - deyə futbolçu fikrini bildirdi. Qarşı tərəfdən rədd cavabı aldıqdan sonra isə, "O zaman mövsüm sonuna kimi bu komandada canla-başla iştirak edəcəm", - deyə sözlərinə düzəliş verdi.
Həmin görüşmənin ardından futbolçu "Fenerbahçe" ilə ortaq məxrəcə gəldi. Və tərəflər arasında ön müqaviləyə imza atıldı. Beləliklə, yeni sezondan etibarən sarı-göylərin heyətində Selçuk İnanı da görmə şansımız olacaq.
Pulu ödəyən musiqini sifariş verir. Qalan hamı bu mahnıya oynayır...
Günel Həbib
O.M.
Digər xəbərlər