"Valensiya" finalda "Barselona" ilə oynayacaq
İspaniya kubokunun ikinci yarımfinal görüşündə "Valensiya" doğma divarlar arasında "Betis"i qəbul edib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Birinci hissədə hesab açılmayıb. Lakin ikinci hissədə valensiyalılar öz istəklərinə çatıblar. Oyunun 56-cı dəqiqəsində "Valensiya"nın oyunçusu Rodriqo hesabı açıb. Bundan sonra "Betis"in hesabı bərabərləşdirmək səyləri nəticə verməyib. Oyun bu hesabla da başa çatıb. Beləliklə iki oyunun nəticəsinə görə (2:2,1:0) finala yüksələn "Valensiya"nın rəqibi "Barselona" olacaq.
"Valensiya" - "Betis" - 1:0
Qol: Rodriqo, 56
Digər xəbərlər

























.jpg)




































.jpg)




























