“Liverpul” darmadağınla qalib gəldi

“Liverpul” darmadağınla qalib gəldi

28 Fevral 2019 06:14
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasında 27-ci turun oyunlarında böyükhesablı qələbələr qeydə alınıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, "Liverpul" öz meydanında "Uotford"un qapısından 5 cavabsız top keçirib. Topların ikisini qonaqların qapısına Sane vurub. Bununla da "Liverpul" liderliyini qoruyub saxlayıb. Turnir cədvəlində ikinci yerdə gedən "Mançester Siti" evdə "Vest Hem"i mübahisəli 11 metrlikdən vurduğu qolla məğlub edib.

"Mançester Yunayted" səfərdə "Kristal Pelas"a 3:1 hesabı ilə qalib gəlib.

"Arsenal" Londonda "Bornmut"u darmadağın edib - 5:1.

"Çelsi" - isə"Tottenhem"in qapısından 2 top keçirərək qələbəyə sevinib.